...

Ziyafət Əsgərov: Azərbaycana qarşı çirkin kampaniya aparanlar əbəs yerə "zəhmət" çəkirlər

Siyasət Materials 13 Mart 2015 11:38 (UTC +04:00)
"Çox təəssüf ki, Azərbaycanda həmişə irimiqyaslı tədbirlər həyata keçiriləndə ölkəmizə qarşı çirkin kampaniyalar aparan insanlar üzə çıxırlar".
Ziyafət Əsgərov: Azərbaycana qarşı çirkin kampaniya aparanlar əbəs yerə "zəhmət" çəkirlər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/

"Çox təəssüf ki, Azərbaycanda həmişə irimiqyaslı tədbirlər həyata keçiriləndə ölkəmizə qarşı çirkin kampaniyalar aparan insanlar üzə çıxırlar". Bunu Trend-ə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qara piar aparmasını şərh edərkən deyib.

Z.Əsgərov bildirib ki, bu cür kampaniyalar nəticəsiz qalacaq və əbəs yerə onlar "zəhmət" çəkirlər: "Bilirsiniz ki, Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də ölkəyə qarşı belə qarayaxma kampaniyası başlamışdı, amma bu, tamamilə iflasa uğradı. Çünki bu qarayaxmanın heç bir əsası yoxdur, sadəcə olaraq Azərbaycanı gözü götürməyən qüvvələrin "işi"dir".

Onun sözlərinə görə, müəyyən beynəlxalq təşkilatlar, insanlar var ki, həmişə olduğu kimi yenə də istəyirlər ki, bu vəziyyətdən istifadə edərək Azərbaycanın artan inkişafına, dünyada artan nüfuzuna, imicinə ləkə yaxsınlar: "Azərbaycan həm iqtisadi, həm siyasi, həm humanitar baxımdan sürətlə inkişaf edən ölkədir və təbii ki, bunu gözügötürməyən insanlar var, beynəlxalq təşkilatlar da var. İstəmirlər ki, Azərbaycan bu sürətlə inkişaf etsin. Bilmirlər ki, neyləsinlər və bu cür tədbirlər keçiriləndə, Azərbaycana qarşı qarayaxma aparmağa çalışırlar. Amma yenə də haqq-ədalət öz yerini tapır, Azərbaycan öz inkişafı ilə gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti