...

Braziliyanın Pernambuko ştatı Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır

Siyasət Materials 13 Mart 2015 19:24 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliyanın Pernambuko ştatına işgüzar səfər edib.
Braziliyanın Pernambuko ştatı Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır

Azərbaycan, Bakı, 13 mart /Trend/

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliyanın Pernambuko ştatına işgüzar səfər edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində E.Sultanov Pernambuko ştatının qubernatoru Paulo Kamara ilə görüşüb.

Görüş zamanı səfir Azərbaycan-Braziliya əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə Pernambuko ştatı arasında əməkdaşlıq imkanlarının öyrənilməsi və qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb. O, Azərbaycanın müasir inkişafı, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə, həmçinin ev sahibliyi edəcəyi beynəlxalq əhəmiyyətli tədbirlər, xüsusilə 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə ətraflı məlumat verib.

Öz tərəfindən P.Kamara Pernambuko ştatının Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olduğunu bildirərək, adıçəkilən ştatın inkişafı və həyata keçirilən müxtəlif layihələr haqqında danışıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, səfər çərçivəsində E.Sultanovun Pernambuko ştatının digər rəsmi şəxsləri ilə də görüşləri keçirilib və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti