...

Azərbaycan və Pakistanın hakim partiyalarının gəncləri görüşüb (FOTO)

Siyasət Materials 16 Mart 2015 12:39 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Pakistan hakim partiyasının Gənclər Birliyinin nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan və Pakistanın hakim partiyalarının gəncləri görüşüb (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Pakistan hakim partiyasının Gənclər Birliyinin nümayəndə heyəti arasında görüş keçirilib.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Birliyin sədri Seymur Orucov Azərbaycan ilə Pakistan arasında yüksək dosluq əlaqələrinin olduğunu vurğulayıb.

Səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirən qonaq xanım Amna Malik Azərbaycana gəlməsindən çox məmnun olduğunu bildirib. Qonaq, həmçinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyini Pakistana dəvət etmək istəyini diqqətə çatdırıb.

Sonda Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti