...

Dağlıq Qarabağ: seçmək və seçilmək hüququ olmayanlar

Siyasət Materials 6 Aprel 2015 21:30 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini işğal etməsindən etibarən orada yaşayan ermənilər azad və qanuni seçim etmək və seçilmək hüququnu itirdilər.

Bu baxımdan Azərbaycan ərazisində yaradılmış Dağlıq Qarabağ separatçı rejimində keçirilməsi planlaşdırılan qondarma "parlament seçkiləri" özünü azad insanlar kimi təqdim etməyin imitasiyasından başqa bir şey deyil.

Özünüz fikirləşin. Dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan rejimin hər hansı "seçkilər" keçirməsi nə qədər qanunauyğun və ya demokratik ola bilər? Bu səbəbdən də artıq dünyanın bir çox qabaqcıl ölkələri və təşkilatları nəzərdə tutulan "parlament seçkiləri"ni tanımadıqlarını bəyan ediblər.

Dağlıq Qarabağın separatçı rejimi belə "seçkilər" keçirməklə dünya ictimaiyyətinin gözündə özünü demokratik göstərməyə çalışır. Lakin artıq indidən söyləmək olar ki, qondarma "respublika"nın rəhbərliyinin bu istəyi elə istək olaraq qalacaq.

Ümumiyyətlə, separatçı rejim qondarma tədbirlər keçirmək üzrə ixtisaslaşıb. Bunadək Dağlıq Qarabağda azərbaycanlı girovlara qarşı qondarma "məhkəmə" keçirilmişdi. O zaman da qondarma rejim "demokratik" yolla "məhkəmə" keçirdiyini iddia etsə də, dünya ictimaiyyəti tərəfindən adekvat reaksiya görməmişdi.

Dağlıq Qarabağda yaşayan ermənilər rəsmi Yerevanın qondarma oyunlarının alətinə çevrilib. Onsuz da onların seçimindən asılı olmayaraq, Ermənistanın işğalçı siyasətini dəstəkləyənlər qondarma "seçkilər"in qutusundan "qalib" kimi çıxacaqlar.

Dağlıq Qarabağda azad və demokratik seçkilər yalnız bir halda keçirilə bilər - Dağlıq Qarabağ və ətraf ərazilərdən işğalçı erməni qoşunlar çıxarıldıqdan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra.

Bunu təkcə Azərbaycan deyil, beynəlxalq hüququn keşikçisi olan BMT daxil olmaqla, qabaqcıl beynəlxalq təşkilatlar da deyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti