...

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Siyasət Materials 13 May 2015 11:01 (UTC +04:00)
“NATO və tərəfdaşları Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, o cümlədən Əfqanstana göstərdiyi dəstəyi yüksək qiymətləndirir”.
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 12 may /Trend/

"NATO və tərəfdaşları Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, o cümlədən Əfqanstana göstərdiyi dəstəyi yüksək qiymətləndirir". Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Azernews" qəzetinə eksklüziv müsahibəsində deyib.

C.Appaturay Azərbaycan və NATO tərəfdaşlığının uzun müddətli faydalarının və strateji dəyərlərinin vacib olduğunu diqqətə çatdırıb.

O əlavə edib ki, NATO və tərəfdaşları Azərbaycanı həyata keçirdiyi islahatlarda dəstəkləməyə hazırdır: "Bütün bunlar regionun beynəlxalq mövqeyini gücləndirir".

NATO rəsmisi həmçinin əlavə edib ki, tərəflar arasında partnyorluq Azərbaycanın təhlükəsizlik sektorunun gücləndirilməsi sahəsində də əməkdaşlıq üçün möhkəm baza yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti