...

Pakistanda 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Siyasət Materials 27 May 2015 16:11 (UTC +04:00)
Pakistanın paytaxtı İslamabad şəhərinin "Marriott" mehmanxanasında 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib.
Pakistanda 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Pakistanın paytaxtı İslamabad şəhərinin "Marriott" mehmanxanasında 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın əyalətlər və sərhəd bölgələri üzrə naziri Əbdül Qədir Bəluc, Prezident Administrasiyasının rəhbəri Əhməd Faruk, hakim Müsəlman Liqası Partiyasının baş katibi senator, İqbal Zafar, Senatın və Milli Assambleyanın komitə sədrləri Nuzhat Sadiq, Marvi Memon, Rəhman Malik, Pərviz Malik, Əvəz Leqari, Şaista Pərviz, Saida İqbal, Məhəmməd Əli Saif, İ.Z.Caqra, Tahir Hüseyn Məşədi, Milli Assambleyasının sabiq spikeri Gövhər Əyyub Xan, senatorlar, Milli Assambleyanın üzvləri, tanınmış siyasətçilər, Pakistan ordusunun generalları və yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmiləri, tanınmış ziyalılar, universitetlərin rektorları, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri və diplomatlar iştirak etmişlər.

Tədbirin keçirildiyi salon Azərbaycan bayraqları, həmçinin Azərbaycanın Prezidenti İlham Əliyev və Pakistanın Prezidenti Məmnun Hüseynin portretləri ilə bəzədilmiş, salonda ölkəmizin gözəlliyini əks etdirən fotostendlər yerləşdirilmiş, müstəqil Azərbaycanın yaranması və inkişafı haqqında video çarx nümayiş etdirilmişdir.

Azərbaycan və Pakistanın milli himnləri səslənəndən ifasından sonra federal nazir Ə.Q.Bəluc və səfir Daşqın Şikarov üzərinə Azərbaycan və Pakistan bayraqları əks olunmuş tortu rəmzi olaraq kəsmişrlər. Sonra, tədbir iştirakçılarına Azərbaycanın zəngin mətbəxinin ləziz yeməkləri təqdim olunmuşdur.

Tədbir zamanı Azərbaycanın səfiri D.Şikarov və nazir Ə.Q.Bəluc Pakistanın aparıcı televiziya kanallarına müsahibə vermişdir.

Belə ki, Azərbaycanın Pakistandakı səfiri D.Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 70-illik fasilədən sonra Azərbaycanın yenidən müstəqilliyə qovuşması, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardıqları quruculuq işləri, cari ilin iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa oyunları haqqında geniş bilgilər vermişdir. İki dost ölkə arasında sarsımaz dostluq münasibətlərini qeyd edən D.Şikarov, bu əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar və digər məqamlarını açıqlamışdı. O, Pakistanın Prezidenti M.Hüseynin Azərbaycana səfəri, səfər zamanı əldə edilmiş nəticələr barəsində danışmış, səfər zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın "Hilal-e-Pakistan" ordeni ilə təltif edilməsi faktını xüsusi qeyd etmişdir.

Pakistanın regionlar və sərhəd bölgələri üzrə naziri Ə.Q.Bəluc isə öz müsahibəsində Pakistanla Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrindən danışmış, Pakistan hökuməti və xalqı adından Azərbaycan Prezidentini və xalqını Respublika Günü münasibətilə təbrik etmişdir. Natiq, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr barəsində danışmış, cari ilin mart ayında Pakistanın dövlət başçısı Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin iki qardaş xalqlar arasında münasibətlərə təkan verdiyini vurğulamışdır.

Mərasim zamanı, Pakistanda ingilis və urdu dillərində Azərbaycan haqqında nəşr edilmiş kitablar, Azərbaycan həqiqətlərini əks etdirən məqalələrin "Diplomatic Focus", "Diplomatic İnsight", "Centreline", "Diplomatic Star" "jurnalları, "Dawn", "Pakistan Observer", "The News", "Frontier Post", "Daily Times", "The Nation", "Metro Watch", "Jhanq", "Daily Pardez", "Azkaar", "Navai Vakt" qəzetlərinin nüsxələri tədbir iştirakçılarına paylanılmışdır. Həmin nəşrlərdə, Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və turizmi, həmçinin Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin həyat və fəaliyyətləri, onların müstəqil Azərbaycanın inkişafı yolunda həyata keçirdiyi islahatlar, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Pakistanda fəaliyyəti, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, görkəmli oftalmoloq akademik Zərifə Əliyeva, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Əlimərdan Bəy Topçubaşov, ikitərəfli Azərbaycan-Pakistan münasibətləri haqqında məlumatlar öz əksini tapmışdır.

Eyni zamanda, Respublika Günü münasibətilə Pakistan mətbuatında bir sıra məqalələr dərc edilmişdir. Belə ki, Pakistanın nüfuzlu "Pakistan Observer" qəzetində səfir Daşqın Şikarovun "Azərbaycanın Respublika Günü" adlı, "Pakistan in the World " qəzetində jurnalist Tazin Axtarın "Azərbaycanın Respublika Günü-Müsəlman Dünyasının ilk demokratik ölkəsi" adlı, "Statesitimes" qəzetində Raca Caved Əli Battinin "Azərbaycanın Respublika Gününün 97-ci ildönümü" adlı məqalələri nəşr edilmişdir.

Məqalələr ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.

- http://pakobserver.net/detailnews.asp?id=264794
- http://www.statestimes.net/2012/05/anniversary-of-the-republic-day-of-azerbaijan.html#.VWGPjiG9cT4.facebook
- http://www.pakistanintheworld.com/content/azerbaijan-independence-anniversary-first-democratic-country-islamic-world

Məqalədə:
Xəbər lenti

Xəbər lenti