...

Milli Məclisin deputatı Parisə gedib

Siyasət Materials 3 İyun 2015 15:26 (UTC +04:00)
Milli Məclisin deputatı Parisə səfər edib.
Milli Məclisin deputatı Parisə gedib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Milli Məclisin deputatı Parisə səfər edib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi" mövzusunda keçiriləcək parlament konfransında iştirak etmək üçün Parisə gedib.

Partiyanın mətbuat xidməindən Trend-ə verilən məlumata görə, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə keçiriləcək konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti