...

Fəzail Ağamalı: Müsavat Partiyasının saxta sənəd verməsi məsələsi hüquqi baxımdan araşdırılmalıdır

Siyasət Materials 5 İyun 2015 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Müsavat Partiyasının insanlara mühacirət üçün saxta sənəd verməsi çox biabırçı haldır. Belə çıxır ki, Müsavat Partiyası mühacir insanlar istehsal edir". Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, qeyd edib ki, siyasi bir təşkilat üçün belə bir halın baş verməsi həqiqətən də biabırçılıqdır: "Düşünürəm ki, bu əməlin tərkibində cinayət də var. Ona görə də bu məsələ hüquqi baxımdan araşdırılmalıdır və əgər mətbuatda yazılanlar öz təsdiqini taparsa, məsələyə hüquqi qiymət verilməlidir".

F.Ağamalının sözlərinə görə, görünən budur ki, Müsavat Partiyasına üzv olmaq xaricdə sığınacaq almaq üçün ciddi bir vasitədir və bu da artıq Müsavat Partiyasının gəlir mənbəyinə çevrilib.

Qeyd edək ki, bu günlərdə Avropada olan azərbaycanlı mühacirlərdən biri - Elnur Mirzəyev adlı şəxs Müsavat Partiyasından aldığı arayışlara və vəsiqəyə görə pul ödədiyi barədə məlumat yaymışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti