...

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Siyasət Materials 9 İyun 2015 18:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti