...

Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Siyasət Materials 11 İyun 2015 18:47 (UTC +04:00)
Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) İcraiyyə Komitəsinin iclası keçirilib.
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizin IAACA-nın rəhbərliyində fəal təmsilçiliyi, qurumun inkişafında töhfələri nəzərə alınaraq tədbirə sədrlik edilməsi qurumun vitse-prezidenti kimi Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.

İclasda mühüm təşkilati məsələlər, o cümlədən IAACA-nın gələcək fəaliyyətinə dair hərtərəfli və faydalı müzakirələr aparılıb, qurumun yeni prezidentinin və baş katibinin seçilməsi məsələsinə baxılıb.
Müzakirələr zamanı F.Məmmədov tərəfindən çıxışlar edilərək Assosiasiyanın inkişafına, əlaqələndirmə işinin və əməkdaşlığın gücləndirilməsinə, qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, maliyyələşməsinin səmərəliliyinin artırılmasına dair bir sıra təkliflər verilib və onlar qəbul edilib.

Tədbirdə bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, Qətərin baş prokuroru Dr. Ali Al Marrinin namizədliyi IAACA-nın rəhbəri vəzifəsinə irəli sürülüb, təşkilatın Çində yerləşən Katibliyinin Qətərə köçürülməsi, habelə Assosiasiyanın İllik Konfransının və Ümumi Yığıncağının cari ilin payızında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Səfər zamanı Qətərin baş prokuroru və bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dövlət başçısı cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə Azərbaycanda ümumbəşəri sosial bəla olan korrupsiya ilə ciddi mübarizə aparılaraq, təsirli tədbirlər görülür. Ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək, 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri kimi beynəlxalq antikorrupsiya əməkdaşlığına dəyərli töhfələr verir. Respublikamızın ədliyyə naziri IAACA-nın vitse-prezidenti seçilərək qurumun işində fəal iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti