...

Azərbaycan xaricə EM-14 avtomat silahları ixrac edəcək

Siyasət Materials 22 İyul 2015 16:32
Azərbaycan xaricə EM-14 adlı NATO kalibrli (5.56x45mm) avtomat silah ixrac edəcək.
Azərbaycan xaricə EM-14 avtomat silahları ixrac edəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycan xaricə EM-14 adlı NATO kalibrli (5.56x45mm) avtomat silah ixrac edəcək.

Trend xəbər verir ki, bunu "Azeri Defence" jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq: "Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur. Əgər daxildə ehtiyac olarsa, bunu yerli qurumlara da verəcəyik".

Qeyd edək ki, bir neçə il əvvəl Müdafiə Sənayesi Nazirliyi Rusiyanın "Kalaşnikov" Konsernindən AK-74M avtomatının seriyalı istehsalına dair lisenziya alıb. Bu yaxınlarda isə yerli mühəndislər tərəfindən həmin silahın hazırlanmış yeni modeli, EM-14 adlı NATO kalibrli (5.56x45mm) avtomat tüfəng təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti