...

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi beynəlxalq hüquq prinsiplərinə hörmətsizlikdir

Siyasət Materials 11 Sentyabr 2015 14:55 (UTC +04:00)
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlikdir.
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi beynəlxalq hüquq prinsiplərinə hörmətsizlikdir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elmir Murad/

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlikdir.

Trend xəbər verir ki, bu sözləri Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov sentyabrın 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

O bildirib ki, sənəd ikili standartların daha bir nümunəsi və Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür: "Sənəddə Avropa Parlamenti tərəfindən Azərbaycan hakimiyyəti ilə insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərdə birgə işləmək üçün tezliklə Azərbaycana nümayəndə heyəti göndərmək təklif edilir. Ancaq Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması, eləcə də münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir. Halbuki, Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz əksini tapıb".

Onun fikirincə, bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür "sənəd"lərin qəbul olunması dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı qərəzdən qaynaqlanır: "Bu Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Ona görə də Qarabağ Araşdırmalar Mərkəzi xalqımız üçün belə həssas məsələlərə Avropa Parlamentinin bu cür qərəzli münasibətinə öz etirazını bildirir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə də əsas verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti