...

YAP Gənclər Birliyi Avropa Parlamentinin qətnaməsinə etiraz aksiyasına başlayıb

Siyasət Materials 11 Sentyabr 2015 17:31 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz aksiyasına başlayıb.
YAP Gənclər Birliyi Avropa Parlamentinin qətnaməsinə etiraz aksiyasına başlayıb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz aksiyasına başlayıb.

Trend-in məlumatına görə, Gənclər Birliyinin üzvləri Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə və həmin qurumun antiazərbaycan üzvlərinə qarşı bir sıra sosial şəbəkələrdə birbaşa onların ünvanlarına etiraz məktubları göndərməyə başlayıblar.

Məktublarda Azərbaycana qarşı düzgün mövqenin seçilməsi, qısqanclığa son qoyulması, insan hüquqları müdafiəçilərinin Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarını müdafiə etməsi və bu kimi digər çağırışlar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti