Azərbaycan, Bakı, 17 sentyabr /Trend/
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deputatlığa namizədliyini verib-verməyəcəyinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, R.Arifoğlu "facebook" səhifəsində qeyd edib ki, deputatlığa namizədliyini verməsi ilə bağlı hələ də tərəddüdlü durumu qalır: "Bakı dairələrindən birinin üzərində dayanmışam. İlkin hazırlıqlar da aparılıb. Lakin qəti qərarı verməmişəm. Düşünürəm ki, 24-25 sentyabra qədər zamanım var. Seçki mühiti, ortam, şərtlər uyğun olsa və inansam ki, mənim nəticələrim keçən dəfələrdə (2005-2010) olduğu kimi dəyişdirilməyəcək, namizədliyimi verəcəyəm.
Bunlardan hər hansı biri olmasa, boşuna zaman və para xərcləmək fikrim yoxdur. Bunu əvvəl də demişəm, bir daha təkrar edirəm: hazırda imkanlarımız, mövqeyimiz və gücümüz bir neçə deputatın birlikdəki imkanından, gücündən daha yüksəkdir. Biz hər kəsə olduğu kimi, yeri gələndə bir sıra deputatlara, bəzən digər vəzifəli şəxslərə dəstək oluruq, problemlərini həll edirik. Hər hansı yekun qərarı gələn həftə qeyd olunan media quruluşları vasitəsilə bildirəcəyəm. O zamana qədər xahişim budur ki, hörmətli həmkarlarım bu mövzuda məni narahat etməsinlər".
Rauf Arifoğlu deputatlığa namizədliyi ilə bağlı mövqeyini açıqladı
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu deputatlığa namizədliyini verib-verməyəcəyinə aydınlıq gətirib.
