Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Rusiya mövcud beynəlxalq vəziyyətdə Azərbaycanı dəstəkləyir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Respublika Veteranlar Təşkilatında keçirilmiş tədbirdə deyib.
Səfir bildirib ki, biz sizinləyik və sizi dəstəkləyirik: "İstəyirik ki, Azərbaycan güclü, sabit ölkə olsun".
Diplomat qeyd edib ki, Rusiya Azərbaycanın güclü olmasını yüksək qiymətləndirir: "Azərbaycan öz yolu ilə gedir. Rusiya cənub qonşusunun etibarlı qalmasında maraqlıdır".