...

Azərbaycan Minada həlak olan zəvvarlara görə İran dövləti və xalqına başsağlığı verdi (FOTO)

Siyasət Materials 1 Oktyabr 2015 13:52 (UTC +04:00)
Azərbaycan iqtisad və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikasının xüsusi nümayəndəsi olaraq bu gün İranın Azərbaycandakı səfirliyində olub və İran xalqı və dövlətinə başsağlığı verib.
Azərbaycan Minada həlak olan zəvvarlara görə İran dövləti və xalqına başsağlığı verdi (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Təmkin Cəfərov /

Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün İranın Azərbaycandakı səfirliyində olub və Məkkədə baş verən faciədə ölən iranlı zəvvarlarla bağlı İran xalqı və dövlətinə başsağlığı verib. Bu barədə Trend-ə İranın Azərabycandakı səfirliyindən məlumat verilib.

Ş.Mustafayev Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə səfirliyin binasında qoyulan "xatirə kitabı"na bağsağlığı ilə bağlı fikirlərini yazıb.

Ş.Mustafayev İranın Azərbaycandakı səfiri Möhsin Pakayin ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin adından İran xalqına və dövlətinə başsağlığı verib: "Biz Məkkədə həcc əməllərini yerinə yetirərkən Minada baş verən hadisədən çox kədərləndik. Bu hadisə qurbanları ilə bağlı İran xalqının qəminə şərikik".

Görüşdə İranın Azərbaycandakı səfiri M.Pakayin İslam ölkələrinin həccin təhlükəsizliyinin təmin olunmasında birgə əməkdaşlıq etməsinin zəruriliyindən danışıb.

Qeyd edək ki, sentyabr ayının 30-u və oktyabr ayının 1-i İranın Bakıdakı səfirliyində Minada baş vermiş izdihamda həlak olmuş iranlı hacıların anılması məqsədi ilə "xatirə kitabı" qoyulub. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus rəhbərləri, Azərbaycanın dövlət rəsmiləri, jurnalistlər və sakinlər "xatirə kitabı"na ürək sözlərini yazırlar.

Xatırladaq ki, Məkkədə - Mina dağında sentyabrın 25-də baş verən izdihamda 750-dən artıq zəvvar ölüb, 1000-ə yaxın zəvvar isə yaralanıb. Minadakı hadisədə ölən iranlı zəvvarların sayı 464 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti