...

Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən tərkibi təsdiq edildi

Siyasət Materials 27 Oktyabr 2015 19:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən tərkibi təsdiq edildi

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı kimidir:

Komissiyanın həmsədri
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:
Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Elmir Vəlizadə - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Firdovsi Əliyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Anar İmanov - Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti