...

Eldar Əzizov: Ölkədə digər sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də islahatlar gedir

Siyasət Materials 21 Noyabr 2015 14:08 (UTC +04:00)
Ölkədə digər sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də islahatlar gedir.
Eldar Əzizov: Ölkədə digər sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də islahatlar gedir

Bakı. Trend:

Ölkədə digər sahələrdə olduğu kimi, mənəviyyat sahəsində də islahatlar gedir.

Bu sözləri paytaxtımızın yeni simvoluna çevrilən əzəmətli "Alov Qüllələri" Kompleksindəki "Fairmont Baku" otelində Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş YAP-ın yaranmasının 23-ci ildönümünə həsr olunan konfransda Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə qulluq etməkdir. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi partiya olmayıb. O, YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Ümummilli Liderimizin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğunu vurğulayıb.

Bu gün partiyanın möhkəmlənməsi və üzvlərinin sayının artması, onun dünyanın tanınmış siyasi partiyaları sırasında inamla addımlaması dahi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əməyi və zəhməti sayəsində olub.

İcra başçısı son günlərdə baş verən hadisələrə toxunaraq qeyd edib ki, bu hadisələri müəyyən səviyyədə ölkədə mənəviyyat sahəsində islahatlar kimi də qiymətləndirmək olar. Bu gün birmənalı surətdə sübut olunub ki, cəmiyyətimiz daxili təmizlənməyə qadirdir. Xalqla iqtidar arasında birgə məlumatlandırma və anlaşma var. Bu da iqtidar ilə xalq arasında birliyin reallığıdır.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yaradılması zərurətindən danışıb. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP idarə heyətinin üzvü Eldar İbrahimov, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və başqaları müasir Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında, respublikamızın dinamik inkişafının təmin edilməsindəki əvəzsiz rolundan, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi yüksəlişə nail olan Azərbaycan müasir və inkişaf etmiş dövlətə çevrilməsindən, 23 il ərzində Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti