...

Rusiyanın Azərbaycanda yeni hərbi attaşesi təyin edilib

Siyasət Materials 8 Dekabr 2015 19:54 (UTC +04:00)
Dekabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşüb.
Rusiyanın Azərbaycanda yeni hərbi attaşesi təyin edilib

Bakı. Trend:

Dekabrın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilərək illik əməkdaşlıq planına əsasən Müdafiə nazirliklərinin nümayəndə heyətləri arasında keçirilən işçi görüşlərinin, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərləri və təlimlərinin də keçirilməsi qeyd olunub.

Səfir V.Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu müdafiə nazirinə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti