...

XİN: İndoneziyadakı terror aktlarında həlak olan və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 14 Yanvar 2016 11:23 (UTC +04:00)
İlkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur.
XİN: İndoneziyadakı terror aktlarında həlak olan və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Bakı. Trend:

İlkin məlumata əsasən Indoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur.

Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.

Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycanın İndoneziyadakı səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti