Bakı. Trend:
Azərbaycanda artıq fəal antiböhran tədbirləri həyata keçirilir. Bu tədbirlər ölkəmizin böhrandan çıxarılmasına nə kimi təsir edəcək? Azərbaycanda devalvasiya prosesindən sonra maraqlı qüvvələr ölkənin ictimai-siyasi vəziyyətindəki sabitliyi pozmağa daha maraqlı görünürlər. Prezident İlham Əliyev sonuncu müşavirədə çox açıq şəkildə bəzi dövlət qurumlarının ya birləşəcəyi, ya da ki ləğv ediləcəyini açıqladı. Sizcə, mobil hökumətin qurulması Azərbaycana nə verəcək? Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün nə kimi işlər görüləcək?
"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli deputat QƏNİRƏ PAŞAYEVA ilə bu və ya digər məsələlərə aydınlıq gətirib.
SİTATLAR:
"Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr var"
"İnternet mediasında sabotaj xarakterli məlumatların yayılması idarə olunur"
"İctimai nəzarətin keçirilməsində dövlət qurumları işlək mexanizmlər hazırlamalıdır"
"İcra başçıları artıq bu dövrün şərtlərini çox ciddi şəkildə anlamalıdırlar"
"Bütün inhisarlar tamamilə yığışdırılmalıdır, daxili bazara qiymət diktə edən monopolistlərə ciddi nəzarət etmək lazımdır"
"Bəzi dövlət qurumlarının ləğvi və ya birləşdirilməsi davam edəcək"
"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.