...

ECO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Siyasət Materials 27 Yanvar 2016 18:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Axçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ECO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Axçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edildi və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

E.Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırdı. Üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edən nazir Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğuladı.

İlk rəsmi səfərini Azərbaycana etdiyini deyən X.İ.Axça başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi və ECO-nun ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. Baş katib, həmçinin müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti