...

Fuad Muradov "GÜNDƏMİN TRENDİ"ndə: “Cənab Prezidentin ardıcıl islahatları nəticəsində intellektli gənclər bütün sahələrdə fəaliyyət göstərirlər” (VİDEO)

Siyasət Materials 4 Fevral 2016 12:25 (UTC +04:00)
Gənclər erməni təbliğatına qarşı necə effektli fəaliyyət göstərməlidirlər? Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxan gənclər formalaşıbmı? Dünyada yaranan dünya böhranı Azərbaycandan da yan keçməyib. Gənc işsiz, məşğuliyyətsiz qalanda üçüncü qüvvələrin təsiri altına daha tez düşürlər. Bununla bağlı hansı qabaqlayıcı tədbirlər görülür?
Fuad Muradov "GÜNDƏMİN TRENDİ"ndə: “Cənab Prezidentin ardıcıl islahatları nəticəsində intellektli gənclər bütün sahələrdə fəaliyyət göstərirlər” (VİDEO)

Bakı. Trend:

Gənclər erməni təbliğatına qarşı necə effektli fəaliyyət göstərməlidirlər? Azərbaycan dövlətinə, dəyərlərinə sahib çıxan gənclər formalaşıbmı? Dünyada yaranan iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Gənclər işsiz, məşğuliyyətsiz qalanda üçüncü qüvvələrin təsiri altına daha tez düşürlər. Bununla bağlı hansı qabaqlayıcı tədbirlər görülür? Gənclərin mənzil probleminin həlli üçün hansı işlər görülür? Gənclərin ictimai nəzarətdə iştirakı məsələsində hansı yeniliklər nəzərdə tutulur? Gənclərin məmurlaşdırılmasına necə baxırsınız? Əyləncənin çox olduğu ölkələrdə siqaretin ictimai yerlərdə çəkilməsinə məhdudiyyətlər qoyulur, ancaq Azərbaycanda bu məsələ həllini tapmır. Niyə?

"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Milli Məclisin Gənclər və idman komitəsinin sədri, deputat Fuad Muradov ilə bu və ya digər məsələlərə aydınlıq gətirib.

SİTATLAR:

"Ermənistan dövləti dilənçi vəziyyətindədir"

"Cənab Prezidentin ardıcıl islahatları nəticəsində intellektli gənclər bütün sahələrdə fəaliyyət göstərirlər"

"İkili standartların əksəriyyəti bəzən bizim adekvat cavab verməməyimizdən yaranır".

"Bəzi regionlarda dayanıqlı iş yerləri ilə bağlı işlər düzgün həyata keçirilməyib".

"Azərbaycanı istəməyən qüvvələr ajiotaj yaradırlar".

"Gənclər üçün sosial mənzillərin tikintisinə başlamaq lazımdır".

"Kimsə cibini doldurmaq istəyirsə, ona cavab verməliyik".

"Siqaretlərin ictimai yerlərdə çəkilməsi qadağan ediləcək".

"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti