...

“Torpaqların münbitliyi haqqında” qanunun tətbiq edilməsində dəyişiklik edildi

Siyasət Materials 16 Fevral 2016 13:47 (UTC +04:00)
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.
“Torpaqların münbitliyi haqqında” qanunun tətbiq edilməsində dəyişiklik edildi

Bakı. Trend:

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli fərmanında dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 fevral tarixli 453 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003 cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226; 2014, № 10, maddələr 1201, 1206, № 12, maddə 1553) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci və 1.4-cü bəndlərdə "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin.

2. 1.3-cü bənddə "yerli icra hakimiyyəti orqanları" sözlərindən sonra "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (torpaqların təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılmasına, konservasiya edilməsinə dair təkliflərin verilməsi hissəsində)" sözləri əlavə edilsin və "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi," sözləri çıxarılsın.

3. Həmin Fərmanla təsdiq edilmiş "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4-cü və 5-ci hissələrində "Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti