Bakı. Aygün Bədəlova - Trend:
NATO Rusiya və Türkiyəni münasibətlərdə gərginliyi azaltmağa çağırıb. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, Alyans tərəflər arasında müzakirələri görmək istərdi: "Müzakirələr şəffaflığı artırmaq və hərbi insident və eskalasiyadan çəkinmək üçün lazımdır. Bu baxımdan hələ heç bir tərəqqi yoxdur, lakin Alyans buna təkid etməyə davam edəcək".