...

NATO İranla əməkdaşlığı istisna etmir

Siyasət Materials 16 Fevral 2016 18:59 (UTC +04:00)
NATO gələcəkdə İranla əməkdaşlığı istisna etmir.
NATO İranla əməkdaşlığı istisna etmir

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO gələcəkdə İranla əməkdaşlığı istisna etmir. Bunu Trend-ə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib: "Biz bunun gələcəkdə hansısa məqamda baş verəcəyini istisna etmirik və İranın nüvə proqramı üzrə saziş düzgün istiqamətdə addımdır".

C.Appaturayın sözlərinə görə, hazırda NATO İranla əməkdaşlıq etməyi planlaşdırmır, çünki İran tərəfindən heç bir işarə almayıb.

O, qeyd edib ki, sanksiyaların ləğv edilməsi və nüvə sazişi İran üçün yeni imkanlar açır və ona regionda daha konstruktiv rol oynamaq imkanı verir: "Eyni zamanda İran burada daha az konstruktiv rol oynaya bilər, lakin ümid edirik ki, onlar birincini seçəcəklər".

Xüsusi nümayəndə əlavə edib ki, İran zəngin tarixi olan böyük ölkə kimi regionda fövqəladə müsbət rol oynaya bilərdi: "İran və region ölkələri regionda sülh naminə dinc birgəyaşayışa gəlməldirlər ki, bu da hamının xeyrinə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti