...

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri birgə təlimlər keçirəcəklər

Siyasət Materials 4 Mart 2016 09:50 (UTC +04:00)
Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri birgə təlimlər keçirəcəklər
Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri birgə təlimlər keçirəcəklər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi "TURAZ Şahini-2016 " adı altında hərbi təlimlərə başlayacaq. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.

Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri "TurAz Qartalı - 2015" adı altında ortaq hərbi təlimlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti