...

Bahar Muradova "GÜNDƏMİN TRENDİ"ndə: "Dünyada münaqişələrin həllinə qadınlar cəlb olunmalıdır" (VİDEO)

Siyasət Materials 7 Mart 2016 11:00 (UTC +04:00)
8 mart Beynəlxalq Qadınlar gününü necə keçirirsiniz? Daha çox hədiyyə qəbul edirsiniz, yoxsa əksinə, daha çox hədiyyə verirsiniz? 8 mart qadınlar günü Nyu Yorkda qadınların iş saatının azaldılması, iş şəraitinin yaxşılışdırılması üçün etdikləri etiraz aksiyasından qaynaqlanır.
Bahar Muradova "GÜNDƏMİN TRENDİ"ndə: "Dünyada münaqişələrin həllinə qadınlar cəlb olunmalıdır" (VİDEO)

8 mart Beynəlxalq Qadınlar gününü necə keçirirsiniz? Daha çox hədiyyə qəbul edirsiniz, yoxsa əksinə, daha çox hədiyyə verirsiniz?

8 mart qadınlar günü Nyu-Yorkda qadınların iş saatının azaldılması, iş şəraitinin yaxşılaşdırılması üçün etdikləri etiraz aksiyasından qaynaqlanır. Siz necə hesab edirsiniz, Azərbaycanda qadınların iş şəraiti qənaətbəxşdir?

Dünyanı qadınlar idarə etsə, münaqişələrin sayı azalarmı?

Azərbaycan qadını olmaq çətindir, yoxsa Avropa qadını?

Azərbaycan qadınının ən böyük arzusu, istəyi nədir?

Gender problemi, məişət zorakılığı, erkən nikah - Azərbaycan qadınının ən çox gileyləndiyi məsələlərdir. Bunun kökündə dayanan nədir? Mentalitet, yoxsa...?

Azərbaycanda qadınlara verilən hüquq azadlıqlarından sui-istifadə halları da var. Bəlkə, onların bu maarifləndirilməsinə ehtiyac var?

Sizin ictimai-siyasi fəallığınız, siyasət adamı olmağınız ailədə diskomfort yaratmır?

Azərbaycanda ayrıca Analar gününün təsis olunması təklifi müxtəlif vaxtlarda səslənib. Analarımızı sevindirəcək bu günü qeyd etməyimiz labüddürmü?




"GÜNDƏMİN TRENDİ" verilişində layihə müəllifi Emil Hüseynli Milli Məclis sədrinin müavini BAHAR MURADOVA ilə bu və ya digər məsələlərə aydınlıq gətirib.


SİTATLAR:

"Qarşılıqlı hədiyyələr olanda, əsl bayram olur"

"Dünya üzrə qazanılmış nailiyyətlərdə Azərbaycan qadınlarının da çox uğurları var"

"Qadın olmaq, həm avropalı, həm Azərbaycan qadını üçün çətindir"

"Dünyada münaqişələrin həllinə qadınlar cəlb olunmalıdır"

"Azərbaycan qadınının ən böyük arzusu sülh şəraitində yaşamaqdır"

"Milli mental dəyərlər hər zaman yeniliyə, qlobal dəyərlərə təsir edir"

"Mühafizəkarlıq qadın və kişi yanaşmasında fərqlidir"

"Yol polisinə itaətsizliyi yalnız qadına verilən sərbəstliyin nəticəsi kimi qiymətləndirmək olmaz"

"Bizim mental dəyərlərimiz daha çox qadınların daşıyacağı yükdür"

"Siyasətlə məşğul olmağım ailədə diskomfort şərait yaradır"

"Həyat yoldaşım dördüncü dəfədir ki, mənimlə birlikdə millət vəkilidir"

"Bir çox hallarda qızımla hesablaşmalı oluram"

"Çox arzulayardım ki, torpaqlarımızın azad edildiyi gün Kişilər günü kimi qeyd edilsin"

"GÜNDƏMİN TRENDİ" verilişini Youtube, Twitter və ya Facebook-dan izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti