Bakı. Trend:
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 6-cı iclasında iştirak etmək üçün 26-27 aprel tarixlərində Pakistana səfər edib.
Trend-in "The News"-a istinadən verdiyi məlumata əsasən, Y. Camalov Pakistan prezidenti Məmnun Hüseyn və baş nazir Nəvaz Şəriflə görüşüb.
Baş nazirlə görüşü zamanı Camalov qeyd edib ki, Azərbaycan Pakistandan müdafiə məhsulları və xammal idxalının yeni imkanlarını araşdırmağa çalışır. O həmçinin Nəvaz Şərifi 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etməyə dəvət edib.
Müdafiə sənayesi nazirinin Pakistan prezidenti ilə görüşü zamanı ölkələr arasında əməkdaşlıq müzakirə olunub. Məmnun Hüseyn bildirib ki, Pakistan Azərbaycanla enerji, müdafiə və kommunikasiya sahəsində əməkdaşlığın genişlənməsi üçün çalışır.