...

Nazir: IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı İslam dünyasında daha yaxşı tanıtmağa imkan verəcək

Siyasət Materials 12 May 2016 15:12 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycana gözəl bir fürsət yaradacaq ki, Azərbaycanı İslam dünyasında daha yaxşı tanıdaq.
Nazir: IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı İslam dünyasında daha yaxşı tanıtmağa imkan verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycana gözəl bir fürsət yaradacaq ki, Azərbaycanı İslam dünyasında daha yaxşı tanıdaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bu Oyunlar idman yarışması olmaqla yanaşı, bir mədəniyyət festivalına da çevriləcək: "Belə təkliflər var ki, Oyunlar zamanı müxtəlif stendlər açılsın, hər bir iştirakçı dövlət öz mədəniyyətini, musiqisini həmin stenddə təklif etsin".

Nazirin sözlərinə görə, hətta belə bir təklif var ki, Dənizkənarı Milli Parkda səhnə yaradılsın və hər gün iştirakçı ölkələrdən biri orada konsert proqramı ilə çıxış etsin.

A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarına ciddi şəkildə hazırlaşırlar: "Çalışacağıq ki, I Avropa Oyunlarından daha yaxşı nəticələr əldə edək".

O, əlavə edib ki, Oyunlar üçün biletlərin satışına yarışlara 4 ay qalmış başlanılacaq. A.Rəhimov nə qədər biletin satışa çıxarılacağının hələ dəqiqləşmədiyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti