...

Səudiyyə Ərəbistanı Kralı və Kuba rəhbəri Prezident İlham Əliyevi təbrik ediblər

Siyasət Materials 20 May 2016 18:09 (UTC +04:00)
İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Səudiyyə Ərəbistanı Kralı və Kuba rəhbəri Prezident İlham Əliyevi təbrik ediblər

Bakı. Trend:

İki Müqəddəs Məscidin Xadimi Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu,

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik.

X X X

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan: Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm".

X X X

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan: "Hörmətli Prezident, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".

X X X

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan: "Möhtərəm Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən gözəl təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına və hökumətinə daha böyük tərəqqi və rifah arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti