...

Bakıda Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransı keçirilir

Siyasət Materials 30 May 2016 11:49 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransı keçirilir.
Bakıda Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransı keçirilir

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu gün Bakıda Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransı keçirilir.

Rusiya həmvətənləri təşkilatlarının Əlaqələndirmə Şurasının sədri Gülcan Myasoutova 2016-cı ili əlamətdar hesab edir, çünki bu il ictimai təşkilatın 20 yaşı tamam olur və həm də Azərbaycanda Multikulturalizm İli elan edilib.

Öz növbəsində, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, son illər Rusiyanın xarici siyasətinin əsas vəzifələrindən biri xaricdəki həmvətənlərə dəstək verilməsidir: "Rusiyaya misilsiz informasiya təzyiqinə məruz qaldığı bir vaxtda hər bir səs vacibdir".

Milli Məclisin deputatı Mixail Zabelin isə qeyd edib ki, Azərbaycanda yaşayan digər xalq və etnik qrupların hüquqları heç vaxt pozulmayıb.

Konfransın yekununda yekun bəyannamə qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti