...

Rusiya səfiri: Azərbaycanda müxtəlif xalqların ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır

Siyasət Materials 30 May 2016 11:53 (UTC +04:00)
Azərbaycandakı rus icması sakitlik və rifah adasıdır.
Rusiya səfiri: Azərbaycanda müxtəlif xalqların ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycandakı rus icması sakitlik və rifah adasıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycandakı Rusiya həmvətənləri ictimai təşkilatların konfransında iştirak etmiş Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif xalq və millətlərin ənənə və mədəniyyətlərinin qorunması üzrə iş aparılır.

Səfir qeyd edib ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq rus icması və diasporunun vəziyyəti bizi ayırmır, əksinə birləşdirir: "Burada həmvətənlərimizin siyasi hüquqları uğrunda mübarizə aparmağa, onların problemlərinin həll edilməsi, rus dilində tədrisin aparılması üçün çalışmağımıza gərək yoxdur. Bütün bunlar burada ən yüksək səviyyədə həll olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti