...

QHT rəhbəri: Dünya liderləri terrorizmə qarşı mübarizə üsullarını yenidən işləməlidir

Siyasət Materials 29 İyun 2016 12:09 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında çoxsaylı insan itkisi ilə nəticələnən terror aktı bir daha onu göstərir ki, bu cür qanlı hadisələrdən heç bir ölkə sığortalanmayıb və dünya liderləri terrorizmə qarşı mübarizə üsullarını yenidən işləməlidir.
QHT rəhbəri: Dünya liderləri terrorizmə qarşı mübarizə üsullarını yenidən işləməlidir

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında çoxsaylı insan itkisi ilə nəticələnən terror aktı bir daha onu göstərir ki, bu cür qanlı hadisələrdən heç bir ölkə sığortalanmayıb və dünya liderləri terrorizmə qarşı mübarizə üsullarını yenidən işləməlidir. Bunu Trend-ə açıqlamasında “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli bildirib ki, terrorizmə qarşı yeni mübarizə üsulları tətbiq edilməsə terror aktları daha geniş vüsət ala bilər: “Terrorizmə qarşı mübarizənin effektlivliyinin yolu ikili siyasətə son qoyulması və terroru dövlət siyasətinə çevirən rejimlərə qarşı amansız mübarizə aparılmasından keçir. Terrora dəstək verən ölkələrə qarşı sanksiyalar tətbiq edilməyincə, terrorizmə qarşı mübarizənin effektivliyi olmayacaq".

E.Hüseynli qeyd edib ki, Azərbaycan 20 ildən artıqdır ki, Ermənistanın terrorist rejiminin qurbanına çevrilib: "Erməni terror təşkilatları olan ASALA ( "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"), ASOA ("Erməni gizli azadlıq ordusu"), "Daşnaksütyun" (erməni federativ inqilab partiyası) törətdiyi terror aktlarına görə hansı effektiv mübarizə aparılıb? Bu təşkilatlar əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları törədiblər. Təəssüflər olsun ki, dünya birliyinin Ermənistana qarşı mövqeyi nəinki terrorizmin qarşısını almağa, əksinə regionda terrorçuluğun inkişafına xidmət edib”.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti