Bakı. Trend:
Müdafiə sənayesi naziri Yavər Camalov Konqo prezidenti yanında Hərbi Evin rəisini qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, avqustun 9-da müdafiə sənayesi naziri Y.Camalov nazirliyin dəvəti ilə Bakıda səfərdə olan Konqo Prezidenti yanında Hərbi Evin rəisi, ordu generalı François Olengi qəbul edib.
Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
F.Oleng səmimi qəbula görə minnətdarlığını bildirib.