...

MSK YAP-ın təşviqat qrupunu qeydə aldı

Siyasət Materials 17 Avqust 2016 16:29 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə baxılıb.
MSK YAP-ın təşviqat qrupunu qeydə aldı

 

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun qeydə          alınması məsələsinə baxılıb.

Trend-in məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. 

 

 

 

O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Daha sonra məsələ səsə qoyulub və təşviqat qrupu qeydə alınıb.  

Qeyd edək ki, YAP 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən artıq seçici imzası toplayıb.

Xəbər lenti

Xəbər lenti