...

MSK-da qeydə alınan müşahidəçilərin sayı açıqlandı

Siyasət Materials 27 Avqust 2016 14:52 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.
MSK-da qeydə alınan müşahidəçilərin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, MSK-da referendumu izləmək üçün 16 müşahidəçi qeydə alınıb.

MSK-da qeydə alınan müşahidəçilər arasında MDB Parlament Assambleyasının nümayəndələri də var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti