...

İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir

Siyasət Materials 6 Sentyabr 2016 13:44 (UTC +04:00)
İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək.
İndoneziya parlamentinin vitse-spikeri Azərbaycana gəlir

Bakı. Anaxanın Hidayətova - Trend:

İndoneziya parlamentinin vitse-spikeri Osman Sapna Odanq sentyabrın 8-də Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə İndoneziyanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər zamanı vitse-spiker Azərbaycan rəsmiləri ilə, həmçinin Milli Məclisdə görüşlər keçirəcək.

Tərəflər iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi imkanlarını müzakirə edəcəklər.

Səfər sentyabrın 9-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti