Bakı. Trend:
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Hökumət - vətəndaş cəmiyyəti dialoq platforması”nın təsis yığıncağını keçirir.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası QHT-lərə Dövlət Dəstəyi Şurasına həvalə edilib.
Bundan irəli gələrək, Şura dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə “Hökumət - vətəndaş cəmiyyəti dialoq platforması”nın sabah təsis yığıncağını keçirəcək.
Tədbir dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutacaq.