...

Robert Sekuta Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə maraqlanıb

Siyasət Materials 16 Sentyabr 2016 13:58 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 16-da müdafiə sənayesi naziri Yavər Camalov ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanla ABŞ arasındakı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini diqqətə çatdırıb və bu əlaqələrin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.

Y.Camalov nazirliyin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

R.Sekuta səmimi qəbula görə minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti