...

FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak ediblər (FOTO)

Siyasət Materials 23 Sentyabr 2016 17:09 (UTC +04:00)
Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib.
FHN-in əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak ediblər (FOTO)

Bakı. Trend:

21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi altında beynəlxalq kompleks təlimdə nazirliyin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi texnogen qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatında uğurla iştirak edib.

Azərbaycan nümayəndə heyəti təlim çərçivəsində qərargahda yaradılmış videokonfransda və “Risklərin qlobal tendensiyaları və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti