...

MSK sədri: Referendumu 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir

Siyasət Materials 26 Sentyabr 2016 14:50 (UTC +04:00)
Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsini (referendum) 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir.
MSK sədri: Referendumu 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsini (referendum) 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

M.Pənahov deyib ki, həmin müşahidəçilər 33 ölkənin təmsilçiləridir: "Onların arasında AŞPA-nın, MDB PA-nın, Britaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə parlamentlərinin nümayəndələri, TÜRK PA-nın nümayəndələri, eyni zamanda müxtəlif ölkələrin seçki komissiyalarının rəhbərlik səviyyəsində müşahidəçiləri var. Nəzərə alaq ki, referendumlarda siyasi partiyalar o qədər fəal olmurlar. Amma hesab edirəm ki, müşahidəçi baxımından o nisbət daha yuxarıdır".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti