Bakı. Elmira Tariverdiyeva - Trend:
Azərbaycan-Rusiya münasibətləri müsbət trenddədir. Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsində ideal səmərəli qarşılıqlı fəaliyyət var.
S.Markov qeyd edib ki, hərbi-texniki sahədə də əməkdaşlıq iki ölkə münasibətlərinin möhkəmləndirilməsi üçün mühüm bənddir.
Onun sözlərinə görə, əməkdaşlığın daha bir mühüm istiqaməti - Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə işdir ki, bu məsələ üzrə hər iki ölkənin mövqeyi yaxındır.