Bakı. Yelena Kosolapova - Trend:
Azərbaycan və Çexiya əməkdaşlıq haqqında bir sıra memorandumlar hazırlayır.
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.
O bildirib ki, xüsusilə, Çexiya tərəfi Azərbaycanın Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Energetika Nazirliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanmasını planlaşdırır.
Səfirin sözlərinə görə, bu memorandumların layihələri artıq hazırlanıb, lakin onların razılaşdırılması və təsdiqi bir neçə ay çəkə bilər.