...

İlham Əliyev Braziliya Prezidentinə başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2016 14:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı verib.
İlham Əliyev Braziliya Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı verib.

Başsağlığında deyilir: "Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti