...

Milli Məclisə ayrılan vəsaitin məbləği artırılıb

Siyasət Materials 8 Dekabr 2016 13:49 (UTC +04:00)
2017-ci il üçün Milli Məclisə ayrılan vəsaitin məbləği artırılıb.
Milli Məclisə ayrılan vəsaitin məbləği artırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

2017-ci il üçün Milli Məclisə ayrılan vəsaitin məbləği artırılıb. Trend-in məlumatına görə, bu barədə Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi ilə bağlı bu gün keçirilən plenar iclasda deyilib.

Milli Məclisin işlər idarəsinin müdiri Firuddin Hacıyev bildirib ki, parlamentin və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binalara, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il illə müqayisədə 394 min 500 manat manat çoxdur. F.Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti