...

Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib

Siyasət Materials 20 Dekabr 2016 16:12 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib.
Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib

Bakı. İlahə Xəlilova - Trend:

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra RF-nin Azərbaycandakı səfirliyinin mühafizəsi gücləndirilib.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RF-nin MDB-dəki sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

V.Doroxin qeyd edib: "Mən Azərbaycana inanıram və inanıram ki, burada başıma heç bir iş gəlməyəcək".

Səfir bu çətin məqamda dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti