Bakı. Trend:
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "25 ilin akkordları" sənədli filmi çəkilib.
Filmin ideya və ssenari müəllifi Emil Hüseynli Trend-ə bildirib ki, 25 ildə Azərbaycanın xarici siyasətində əldə edilən uğurlar filmin əsas süjet xəttini təşkil edir.
Onun sözlərinə görə, filmdə Azərbaycanla yanaşı, xarici dövlətlərin tanınmış ictimai-siyasi xadimlərinin ölkəmizin müstəqillik illərində əldə etdiyi uğurlarla bağlı fikirləri yer alıb.
Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sifarişi ilə çəkilib.