...

Prezident İlham Əliyev “Microsoft” şirkətinin korporativ vitse-prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 18 Yanvar 2017 21:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.
Prezident İlham Əliyev “Microsoft” şirkətinin korporativ vitse-prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.

Görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışıldı, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirildi. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti