...

AŞ PA Azərbaycanla dialoqun davam etdirilməsini vacib hesab edir

Siyasət Materials 19 Yanvar 2017 16:56 (UTC +04:00)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan hökuməti və xalqı ilə islahatların müəyyənləşdirilməsi və icra olunması ilə bağlı dialoqu davam etdirmək, islahat prosesinə yeni təkan vermək çox vacibdir.

Trend-in məlumatına görə, bu, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Ştefan Şennakın Azərbaycana səfərindən sonra verdikləri bəyanatda yer alıb.

Həmməruzəçilər Azərbaycan hökumətinin QHT-lər barədə qanunvericiliyə dəyişikliklər etmək və bu qanunu Avropa standartlarına uyğun icra etməyə hazır olmasını alqışlayır.

Bəyanatda deyilir ki, hökumət QHT-lər haqqında qanunvericiliyin islahatı üzrə Venesiya komissiyasının təcrübəsindən tam yararlanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti